27 C
Baku
Saturday, July 27, 2024

Kreml Moskvada azərbaycanlılarla ermənistanlılar arasında yaşanan insidentə münasibət bildirib

RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə nizamlanacağına ümid edir.

REN TV xəbər verir ki, D.Peskov bu barədə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələrə münasibət bildirərkən qeyd edib.

D.Peskov Moskvada azərbaycanlılarla ermənilər arasında ticarət sahəsində yaşanan problemə də mövqeyini açıqlayıb.

Vladimir Putinin sözçüsü vurğulayıb ki, RF vətəndaşı olan azərbaycanlılar və ermənilər Rusiya cəmiyyətinin hörmətli üzvləridir:

“Məlumdur ki, Ermənistan-Azərbaycan sərhədindəki eskalasiya bu vətəndaşları etinasız qoya bilməz. Ümid edirik ki, vəziyyət nə qədər tez nizamlanarsa, emosional fon da bir o qədər tez normal axarına dönər”

Son xəbərlər
Digər xəbərlər