-1 C
Baku
Sunday, December 15, 2024

Kreml: “Patriot” sistemləri Ukraynaya çatdırılsa, qanuni hədəfə çevriləcək

“Patriot” sistemləri Ukraynaya çatdırılsa, Rusiya silahlı qüvvələrinin qanuni hədəfinə çevriləcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Patriot” sistemlərinin ABŞ-dan Ukraynaya çatdırılacağı təqdirdə qanuni hədəfə çevriləcəyi fikri ilə razılaşdığını söyləyib.

Rusiya Prezidentinin mətbuat katibi ABŞ-dan Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı rəsmi məlumatı gözləməyə çağırıb.

“Hələlik şərh verməzdim, çünki bunlar hamısı KİV-də yayılan xəbərlərdir. Bizim dövrümüzdə KİV xəbərləri etibarsızdır. Ona görə də hansısa rəsmi məlumat gözləyəcəyik”, – deyə Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər