“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeniy Priqojinin təyyarə qəzasında ölümünü təsdiqləmək üçün genetik ekspertiza da daxil olmaqla digər ekspertiza rəyləri lazımdır, lakin hələ rəsmi nəticələr yoxdur.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdən sonra jurnalistlərə bildirib.
Peskov vurğulayıb ki, Tver yaxınlığında baş verən təyyarə qəzasında Kremlin əli olması ilə bağlı iddialar tamamilə yalandır.
Onun sözlərinə görə, Priqojinin təyyarəsinin qəzaya uğraması, onun qəzada ölməsi ilə bağlı Kremlin ünvanına Qərbin irəli sürdüyü bütün fikirlər sadəcə fərziyyədir.