4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Kreml Putin-Bayden görüşünün gündəliyini açıqlayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Ukrayna ətrafındakı gərginliyi, NATO-nun Rusiya Federasiyası sərhədlərinə irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanətləri haqqında təşəbbüsünü müzakirə edəcəklər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü bundan başqa Putin və Baydenin acınacaqlı vəziyyətdə olan Rusiya-ABŞ ikitərəfli münasibətlərini, eləcə də Cenevrədə əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə edəcələrini də söyləyib.

Qeyd edək ki, dekabrın 7-də Rusiya və ABŞ liderləri arasında videokonfrans formatında danışıqlar keçiriləcək.

 

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər