2 C
Baku
Monday, March 4, 2024

Kreml: Putin-Paşinyan görüşü barədə müzakirə aparılır

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında gələn həftə mümkün görüş barədə danışıb.

Kremlin sözçüsü hadisələri qabaqlamamağı məsləhət görüb.

O bildirib ki, müəyyən planlar müzakirə olunur, müzakirə yekunlaşandan sonra Putin-Paşinyan görüşü barədə açıqlama veriləcək.

Qeyd edək ki, Paşinyan gələn həftə Moskvaya səfər edəcəyini açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər