15 C
Baku
Sunday, November 24, 2024

Kreml Putinin İlon Maskla danışması xəbərini təkzib edib

Kremlin mətbuat katibi Dmitri Peskov İlon Maskın Ukrayna ilə bağlı nizamlanma planını dərc etməzdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə danışması barədə xəbərləri təkzib edib.

Kremlin sözçüsü Mask və Putinin sonuncu dəfə təxminən il yarım əvvəl danışdıqlarını söyləyib.

Qeyd edək ki, Qərb mətbuatı iş adamının Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı dərc etməzdən əvvəl Putinlə danışdığına dair məlumat yayılıb. Mask da Putinlə qabaqcadan danışması xəbərini təkzib edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər