10 C
Baku
Friday, October 25, 2024

Kreml Qarabağda atəşkəs rejiminin pozulmasından təəssüf etdiyini bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Dağlıq Qarabağdakı vəziyyəti siyasi-diplomatik yöndə həll edilməsi üçün əlindən gələni edir.

Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.

“Rusiya mövcud vəziyyəti siyasi-diplomatik həll yoluna qoymaq üçün əlindən gələni edib və edir. Biz bu problemin sülh yolu ilə həllinə alternativin olmadığına əminik”, – Peskov söyləyib.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirmək niyyətində olduğunu vurğulayıb. Xatırladaq ki, daha əvvəl Türkiyə vitse-prezidenti Fuat Oktay, Rusiyanın Qarabağdakı böhranı həll edə bilmədiyini və bu problemin Türkiyəsiz həll oluna bilməyəcəyini söyləmişdir.

“İndiyə qədər atəşkəs və humanitar fasilə barədə əvvəllər əldə edilmiş razılaşmalara təəssüf ki, əməl edilmir. Üçüncü ölkələrin iştirakına gəlincə, bu tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Münaqişənin iki tərəfi var – Azərbaycan və Ermənistan. Və münaqişənin həllində iştirak etmək, bir növ vasitəçi olmaq yalnız iki tərəfin razılığı ilə mümkündür”, – Rusiya prezidentinin mətbuat katibi bildirib.

Son xəbərlər
Digər xəbərlər