Kreml Azərbaycanın Qarabağ bölgəsi ətrafında yaranan vəziyyətə münasibət bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların icra edilməsini təmin etməyin vacib olduğunu söyləyib:
“Bu sual bizim hərbçilərə verilməlidir, onlar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar və təbii ki, indi əsas odur ki, bütün tərəflərin müvafiq razılaşmaların şərtlərinə əməl etmələrini davam etdirmək təmin olunsun”, – deyə Kremlin sözçüsü vurğulayıb.