1 C
Baku
Cümə, Yanvar 21, 2022

Kreml Qarabağdakı sülhməramlılarla bağlı qərarın necə verildiyini açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağ zonasında sülhməramlıların göndərilməsi haqqında qərardan əvvəl, müharibəni dayandırmaq məqsədini güdən uzun və gərgin bir proses işə salınmışdır.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Çox güman ki, müharibəni dayandırmaq və bu prosesi siyasi-diplomatik istiqamətə yönləndirmək üçün görülən işlər barədə bir çox suallar var. Bu, mürəkkəb bir prosesdir və onun haqqında izah edilməsi lazım olan hər şey artıq izah edilib. Başqa heç bir şey yoxdur”, – Peskov söyləyib.

Qeyd edək ki, Rusiya Dağlıq Qarabağ bölgəsinə ümumilikdə 1960 hərbiçi, 90 zirehli daşıyıcı və 380 ədəd texnika göndərib.

Son xəbərlər
Oxşar xəbərlər