Kreml “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təxribatın baş verməsi ehtimalını istisna etmir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“İndi ekspertlərin rəyi açıqlanana qədər hər hansı variantı istisna etmək olmaz. Çox narahatedici xəbərdir. Söhbət boruda hələlik məlum olmayan bəzi dağıntılardan gedir. Bu, tamamilə görünməmiş bir hadisədir və təcili araşdırma tələb edir. Biz son dərəcə narahatıq”, – Kremlin sözçüsü vurğulayıb.