21 C
Baku
Monday, July 22, 2024

Kreml referendumdan sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib

Kreml yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır.

Kremlin sözçüsü ərazilərin birləşdirilməsindən sonra xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bundan xəbərim yoxdur. Hər halda, bu, yalnız ölkə prezidentinin, Ali Baş Komandanın qərarı ola bilər”.

Peskov hazırda keçirilmiş referendumlarla bağlı Putinin xalqa müraciət etməyi planlaşdırmadığını da söyləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər