Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək”, – Kremlin sözçüsü vurğulayıb.