23 C
Baku
Thursday, April 25, 2024

Kreml Rusiya ordusunun sayının artırılması səbəbini açıqlayıb

Rusiya ordusunun sayının artırılması Qərbin Rusiyaya qarşı apardığı proksi müharibə ilə bağlıdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun sayının 1.5 milyona çatdırılması ilə bağlı suala cavabında bildirib.

Kremlin sözçüsü yeni səfərbərlik dalğasının olacağı ilə bağlı suala da cavab verib. Onun sözlərinə görə, səfərbərlik mövzusunun davam etdirilməsi daim xaricdən şişirdilir. Peskov səfərbərliklə bağlı Vladimir Putinin bəyanatlarına diqqəti yönəltməyin lazım olduğunu söyləyib.

Bundan əlavə, Rusiya prezidentinin sözçüsü Ukrayna kəşfiyyatının Putinin Baş Qərargah rəisi Valeri Gerasimova Donbasın 2023-cü ilin martına qədər azad edilməsi barədə göstəriş verdiyi barədə iddialara da münasibət bildirib. O, Kremlin bunu şərh etmədiyini söyləyib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər