17 C
Baku
Saturday, May 18, 2024

Kreml: Rusiya türk xalqının seçiminə hörmətlə yanaşacaq

Rusiya türk xalqının seçiminə hörmətlə yanaşacaq.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Rusiya tərəfi Moskva ilə Ankara arasında əməkdaşlığın davam edəcəyinə və genişlənəcəyinə inanır.

Kreml rəsmisi onu da vurğulayıb ki, Rusiya Türkiyədə prezident seçkilərinin gedişi ilə bağlı xəbərləri diqqətlə izləyir.

“Türkiyə şəffaf seçkilərin keçirilməsini təmin etməyə, qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan güclü suveren ölkədir”, – Peskov əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər