“Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpi arasında videoformatda keçiriləcək sammit fövqəladə dərəcədə vacibdir”.
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdirlər: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.
Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.