17 C
Baku
Saturday, May 18, 2024

Kreml: “Taxıl müqaviləsinin uzadılması üçün heç bir ilkin şərt yoxdur”

Birləşmiş Millətlər Təşkilatı kollektiv taxıl sazişi ilə bağlı Qərb ölkələrinə Rusiya Federasiyası qarşısında öhdəlikləri yerinə yetirmək üçün lazımi təsir göstərə bilmir.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Birləşmiş Millətlər Təşkilatının nümayəndəsinin razılaşmaların Rusiya hissəsinin yerinə yetirilməsi üçün kollektiv Qərb ölkələrinə lazımi təsir göstərə bilməmələri barədə bəyanatlarını eşitmişik. Ona görə də, təəssüflər olsun ki, heç nə dəyişilməyib, hər şey əvvəlki kimidir. Xeyr, heç bir ilkin şərt yoxdur, çünki o, (Rusiya ilə bağlı sövdələşmənin bir hissəsi – red.) yerinə yetirilməyib. Razılaşmalar hələ də yerinə yetirilməyib”, – Peskov Rusiya tərəfindən taxıl sazişinin uzadılması üçün hər hansı ilkin şərtlərin olub-olmaması sualına cavabında deyib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər