Kreml “Taxıl sazişi”nin daha iki ay uzadılmasını təsdiqləyib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov onu da bildirib ki, “Taxıl sazişi” üzrə danışıqlarda “nisbi nəticə” var.
“Rosselxozbank”-ın SWIFT-ə qoşulma imkanlarından danışan Kreml rəsmisi, bankın “blokdan çıxarmağa bərabər” variantların işləndiyini, buna ümidlərin olduğunu söyləyib.
Rusiyadan ammonyakın tədarükü probleminin həllinə gəlincə, Peskovun sözlərinə görə, bununla bağlı iş davam edir.