7 C
Baku
Wednesday, November 30, 2022

Kreml Türkiyə banklarının “Mir” sistemindən imtinasını ABŞ-ın təzyiqi ilə əlaqələndirib

Kreml Türkiyənin dövlət banklarının Rusiyanın “Mir” ödəniş sistemindən istifadədən imtina etmək qərarını ABŞ-ın ölkəyə misli görünməmiş təzyiqi və ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən məcburi hesab edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Aydındır ki, banklar və iqtisadi tərəfdaşlar Amerika Birləşmiş Ştatlarının çox güclü təzyiqi altındadırlar, onları bank sistemi üçün ikinci dərəcəli sanksiyalarla hədələyirlər. Anlaşılandır ki, bu qərar misli görünməmiş təzyiq altında qəbul edilib. Vəziyyət mürəkkəbdir və əlbəttə ki, biz bu təzyiqə qarşı birgə yollar axtarmalıyıq ki, ticarət-iqtisadi əməkdaşlığımıza xələl gəlməsin və hər il Türkiyəyə gedən milyonlarla rusiyalı turistimizi rahat şəraitdən məhrum olunmasın”, – deyə Peskov Kremlin Rusiyanın “Mir” ödəniş sisteminin kartlarının qəbulunu dayandıran türk bankları ilə bağlı vəziyyəti necə qiymətləndirdiyini və Rusiya Prezidenti Vladimir Putinin bu məsələni Türkiyə Prezidenti ilə müzakirə edib-etməyəcəyi sualına cavabında bildirib.

Qeyd edək ki, “Bloomberg“ adı açıqlanmayan yüksək rütbəli türkiyəli məmura istinadən xəbər yayıb ki, Türkiyənin dövlət bankları Halkbank, Ziraat Bank və VakıfBank “Mir” sistemindən istifadəni dayandırmaq qərarına gəliblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X