18 C
Baku
Sunday, October 13, 2024

Kreml Türkiyənin Qarabağda sülhməramlılarla bağlı açıqlamasını təkzib etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankaranın Dağlıq Qarabağ zonasında sülhməramlı missiyadakı iştirakı ilə bağlı açıqlamasını təkzib edib: belə bir mövzu müzakirə edilməyib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Xeyr, belə bir fakt yoxdur. Burada anlaşılmazlığın olduğunu fərz edə bilərik. Sülhməramlıların tərəflərin təmas zonasında yerləşdirilən rus hərbçiləri olduğunu və türk hərbçiləri ilə qarşılıqlı fəaliyyətin Azərbaycan ərazisindəki izləmə mərkəzi daxilində olacağını düşünməyə davam edirik”, – Peskov söyləyib.

“Həqiqət budur ki, dəfələrlə dediyimiz kimi, bu, yalnız Moskva və Ankara arasında müzakirə mövzusu ola bilməz. Bu, Ermənistan və Azərbaycan tərəfindən qəbul edilmiş bir razılaşmadır. Belə bir mövzu müzakirə edilməyib, iş davam edir”.

Son xəbərlər
Digər xəbərlər