Kreml Ukrayna məsələsi ilə bağlı nizamlama prosesində Türkiyənin mümkün roluna münasibət bildirib.
RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O, Türkiyənin Ukraynadakı vəziyyətin həllində mümkün rolunu şərh edib: “Problemlər Moskva və Kiyev arasında deyil, Amerika, Moskva və NATO arasındadır. Türkiyə NATO ölkəsidir. Çox güman ki, amerikalılar Türkiyə ilə də məsləhətləşəcək. Çünki onlar həm də ABŞ-ın müttəfiqidirlər”, – Peskov qeyd edib.