26 C
Baku
Friday, April 19, 2024

Kreml “üçlü qaz ittifaqı”nın yaradılması ideyasına münasibət bildirib

“Rusiya, Qazaxıstan və Özbəkistanın “üçlü qaz ittifaqı”nın yaradılması ideyası hələ rəsmləşdirələcək. Bu regionda enerji təchizatı marşrutları son dərəcə aktualdır”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sözsüz ki, bu ideya və təşəbbüs müəyyən şəkildə rəsmiləşəcək. Mən dəqiq konturların formalaşdırılması baxımından nəzərdə tuturam. Söhbət ondan gedir ki, bu, çox vacib regionda olan böyük və geniş ərazidir. Əlbəttə ki, marşrutlar, enerji daşıyıcılarının tədarükü, qaz və s. bu ərazi üçün son dərəcə aktualdır. Orada çox geniş şəbəkə var və təbii ki, fəaliyyətlərin koordinasiyası adı çəkilən hər üç ölkənin maraqlarına cavab verəcək”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev və Vladimir Putin bazar ertəsi Kremldə keçirilən görüşdə Rusiya qazının Qazaxıstan və Özbəkistan əraziləri vasitəsilə nəqlində fəaliyyətləri əlaqələndirmək üçün Özbəkistanın iştirakı ilə “üçlü qaz ittifaqı” yaradılmasını müzakirə ediblər. Bu barədə Tokayevin mətbuat katibi Ruslan Jeldibay bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər