“Hazırda Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur”.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Hazırda heç bir danışıqlar perspektivini nəzərdən keçirmirik. Bunun üçün heç bir ilkin şərait yoxdur”, – Kreml rəsmisi vurğulayıb.
Eyni zamanda, D.Peskov Rusiya Prezidenti Vladimir Putinin cəbhədəki hər dəyişikliklə bağlı məlumatlandırıldığını qeyd edib:
“Xüsusi hərbi əməliyyat davam edir və əvvəl qoyulan məqsədlərə nail olmaq üçün davam edəcək”.