Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın NATO-ya üzvlüyünün Moskva üçün “qırmızı xətt” olacağını söyləyib.
Banker.az bu barədə “Vesti”yə istinadən xəbər verir. O, Kiyevin bu alyansa üzv olması ilə bağlı danışıqlardan narahat olduğunu bildirib.
“Bu, çox yaxından izlədiyimiz bir mövzudur və həqiqətən Ukraynanın NATO-ya qoşulması perspektivləri bizim üçün “qırmızı xətt”dir”, – deyə Peskov əlavə edib.