“Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 26-da jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: “Necə deyərlər, qaçan yerimiz yoxdur”.
Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli zirvə görüşü olub.