Krım körpüsündə təmirdən sonra hərəkət bərpa edilib.
Bu barədə məlumatı Rusiyanın Nəqliyyat Nazirliyi yayıb.
“Bu gün təmir-bərpa işlərindən sonra Krım körpüsündə avtomobil və avtobusların hərəkəti bərpa olunub”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, 2022-ci il oktyabrın 8-i Krım körpüsündə partlayış baş verib. Rusiyanın istintaq orqanları hadisəni terror aktı olaraq qiymətləndirib. Partlayış nəticəsində körpünün iki hissəsi dağılıb, 4 nəfər həlak olub.