Rusiya Bankı (Mərkəzi Bank) 200 və 2 000 rubl nomimallı yeni əsginasların dizaynını təsdiq edib. “RİA Novosti”yə istinadən xəbərə görə, 200 rubl nominallı əsginasın üzərində Sevastopol şəhərinin simvolları, 2 000 rubl nominallı əsginasın üzərində isə Uzaq Şərqin məşhur yerləri əks olunacaq.
Rusiya Bankının məlumatına əsasən, əsginaslar artıq 2017-ci ildə tədavülə buraxılacaq.
Qeyd edək ki, dizayn üçün simvolların seçilməsi üzrə müsabiqə 2016-cı ilin iyun-oktyabr aylarında keçirilib. Müsabiqənin son mərhələsində qaliblər ümumrusiya səsverməsi yolu ilə müəyyənləşib.