Krım Visa və Mastercard-dan tamamilə imtina etdi

Banker.az-ın «Politika Today»a istinadən verdiyi məlumata görə, Krım Visa və MasterCard bank kartlarının istifadəsini  dayandırıb. «Genbank» ın məlumat mərkəzindən izah edildiyi kimi, bütün Visa və ya MasterCard kartlarını bank avtomatik olaraq «Mir» ödəniş sisteminin kartlarıynan dəyişdirib.

«Komissiyalar olmadan. Müştəri «Mir» kartını bankın istənilən filialına əldə edə bilər», – bankın məlumat mərkəzi bildirib.

Qeyd edildiyi kimi, Krımın Rusiyanın tərkibinə  daxil olması səbəbindən ABŞ tərəfindən sanksiyalarının tətbiq olunmasından dərhal sonra Visa və MasterCard kartlarıyla əməliyyatlar  2014-cü ildə yarımadada dayandırılmalıydı. «Mir» milli ödəniş sistemi ABŞ səlahiyyətlilərinin hərəkətlərinə cavab olaraq ortaya çıxdı və tamamilə xarici tərəfdaşları əvəz etmək üçün nəzərdə tutulub. Cari ilin iyul ayının 1-dən büdcə sahəsinin bütün işçilərinə əmək haqqı artıq «Mir» kartıları vasitəsi ilə ödənilmişdir. Pensiya ödənişləri 2020-ci ilin iyulunda Rusiyanın  «Mir» ödəniş sisteminə keçiriləcək.