10 C
Baku
Thursday, December 12, 2024

“Kripto kraliçası” 10 ən çox axtarılan şəxslərin siyahısına salınıb – 4 milyardlıq iddia

“Kripto kraliçası” kimi tanınan, əslən Bolqarıstandan olan Ruja İgnatova ABŞ-ın Federal Təhqiqatlar Bürosunun “10 ən çox axtarılan şəxslər” siyahısındadır.
İgnatova fırıldaqçılıqda ittiham olunur. Onun minlərlə insanı aldadaraq milyardlarla avro dəyərində sərvət yığdığı bildirilir. Bu sərvətin 4 milyard dollara çatdığı deyilir. 2017-ci ildən yoxa çıxan Ruja İgnatova sonuncu dəfə Bolqarıstandan Yunanıstana təyyarə ilə səfərə gedərkən görülüb. O, guya OneCoin adlı kriptovalyuta yaradıb və müxtəlif ölkələrdəki insanlara bu valyutanı satıb.
Hesablamalara görə, 2014-cü ilin avqustundan 2017-ci ilin martına qədər Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstinə qədər onlarla ölkədən milyardlarla avro OneCoin-ə daxil olub.
OneCoin soyğunçuluğunun uğuru onun təkcə saxta kriptovalyuta deyil, həm də piramida sxemi olması ilə əlaqələndirilir. İgnatovanın piramidası məhz Ponzi sxemi üzrə işlədiyi iddia olunur.
Manhattan Federal prokuroru Damian Williams deyib ki, İgnatova kriptovalyutanın ilk illərindəki “mükəmməl vaxtdan” istifadə edib.
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) daha çox adamdan məlumat ala bilmək üçün qaçaq şəxsləri “ən çox axtarılanlar siyahısına” əlavə edir.
FTB Bolqarıstan əsilli qadının həbsinə töhfə verəcək məlumat üçün 100 min dollar mükafat elan edib.
Son xəbərlər
Digər xəbərlər