12 C
Baku
Saturday, November 23, 2024

Kriptomilyarder ehtiyacı olmadığına görə sərvətinin 99%-ini bağışlayacaq

Məşhur kriptovalyuta milyarderi Sem Bankman-Fried sərvətinin  başqalarına verməyə hazır olduğunu açıqlayıb. Bankman-Friedin qərarı universitetdə öyrəndiyi altruizm fəlsəfəsinə əsaslanır. O, bu pula ehtiyacı olmadığını deyir.

Banker.az Bloomberg International-a istinadən xəbər verir ki, 30 yaşlı Bankman-Fried qlobal kriptovalyuta biznesindən milyardlarla dollarlıq şəxsi sərvət qazanmağına baxmayaraq, universitet illərində olduğu kimi hələ də Toyota Corolla sürür. Xəbərə görə, kripto-milyarder daha çox pul paylaya bilmək üçün mümkün qədər çox pul yığmağı qarşısına məqsəd qoyub.

$24.5 mlrd.-lıq şəxsi sərvəti olan Bankman-Fried qurduğu kriptovalyuta birjası FTX ilə dünyanın ən gənc milyarderləri arasında yer alıb. 30 yaşlı milyarder Rusiyanın Ukraynanı işğalı zamanı ukraynalı mülki şəxslərə etdiyi yardımlarla da diqqət çəkib.

Kriptovalyuta milyarderi müsahibəsində deyib ki, nəhəng sərvətinə baxmayaraq, o, hər il qazancının yalnız 1%-ni və ya təxminən $100 000-ı özü üçün saxlayır. Bankman-Fried deyir: “Pul xərcləyərək özünüzü daha xoşbəxt etmək üçün yollarınız tükənir. Mən yaxta sahibi olmaq istəmirəm”.

Massaçusets Texnologiya İnstitutunun (MIT) məzunu olan kripto-milyarder 2012-ci ildə universitetdə oxuduğu ilk illərdə altruizm fəlsəfəsini öyrənib. Fəlsəfə insanların pul və vaxtlarından istifadə edərək ən yaxşı necə ola biləcəklərini müəyyən etmək üçün riyazi hesablamalardan istifadə edir.

Bankman-Fried müsahibəsində “vermək üçün qazanmaq” anlayışına toxunur. Bu düşüncə ilə universitetdən sonra üç il Wall Street-də işləyən milyarder sahibkar hər il maaşının 50%-ni heyvan haqlarının müdafiəsi üçün bağışlayırdı.

Kriptovalyuta milyarderi deyir ki, o günlərdə dostları ilə birlikdə yaşayıb, kresloda yatıb, video oyunlar oynayıb və ya Zoom-da konfranslarda iştirak edirdi. Bununla belə, milyarderin absurd görünən davranışı onun düzgün iş gördüyünü düşünməsinə mane olmayıb.

Fevral ayında Rusiya Ukraynanı işğal etdikdən sonra onun kriptovalyuta ticarət şirkəti FTX bütün ukraynalı istifadəçilərin hamısına nağd pul yardımı etdi. Bankmen-Fried öz sərvətindən Ukraynaya $250 min bağışlayıb.

 

Son xəbərlər
Digər xəbərlər