“Arkham Intelligence” şirkəti ən böyük 100 kriptoaktiv sahibinin reytinqini dərc edib. Siyahıda aparıcı kriptobirjalar, maliyyə şirkətləri, məşhur blokçeyn layihələri və hətta hakerlər yer alır.
Onların cüzdanlarında saxlanılan aktivlərin ümumi həcmi 1,2 trilyon dollardan çoxdur — bu, noyabrın sonuna olan bütün kriptobazar kapitalizasiyasının üçdə birindən çoxdur. İlk onluğa isə 650 milyard dollardan çox aktiv düşür.
Siyahıya “Binance” (191 milyard dollar) və “Coinbase” (88 milyard dollar) birjaları, ehtimal olunan Satoşi Nakamotonun cüzdanları (95 milyard dollar), “BlackRock” (78 milyard dollar) və başqaları liderlik edir. Siyahıda yer alanların demək olar ki, hamısı müştəri vəsaitlərini idarə edən şirkətlər və ya protokollardır.
Ən böyük kripto sahibləri arasında həmçinin “Strategy” (38 milyard dollar) və “Lido” (49 milyard dollar) şirkətləri, o cümlədən ABŞ hökuməti (29 milyard dollar) yer alır.
“Arkham” reytinqi blokçeyn analizinə, açıq mənbələrə və ünvanların uyğunlaşdırılması alqoritmlərinə əsasən formalaşdırır. Siyahıdakı yeganə açıq şəkildə tanınan sahib TRON-un qurucusu Castin Sandır.







