11 C
Baku
Thursday, November 14, 2024

Kriptobirja FTX-in təsisçisi və sabiq rəhbərinin həbs edildiyi bildirilir

FTX kriptovalyuta birjasının təsisçisi və keçmiş baş icraçı direktoru (CEO) Sem Benkman-Fridin ABŞ-ın cinayət işi üzrə şikayətindən sonra Baham adalarında həbs edildiyi bildirilir. Bu barərədə Banker.az xarici KİV-ə istinad edir.

Baham adalarının baş prokuroru Rayan Pinderin verdiyi yazılı açıqlamada FTX-in keçmiş CEO-su Bankman-Friedin Baham adaları polisi tərəfindən həbs edildiyi qeyd edilib.

Açıqlamada Benkman-Fried-in həbsinin ABŞ-ın cinayət şikayəti və mümkün ekstradisiya tələbi ilə bağlı rəsmi bildirişindən sonra edildiyi bildirilib.

“Baham adaları və Birləşmiş Ştatlar FTX ilə əlaqəsi olan, ictimai etimadı aldatmış və qanunu pozmuş hər hansı bir şəxsi məsuliyyətə cəlb etməkdə ümumi maraqlara malikdir”- deyə, Baham adalarının baş naziri Filip Davis deyib.

FTX noyabr ayında ABŞ-da müflis olmaq üçün müraciət etdi və şirkətin baş direktoru Sem Benkman-Frid istefa verdi.

Kriptovalyuta birjası FTX, rəqibi və dünyanın ən böyük kriptovalyutası “Binance” ilə problemlərdən sonra likvidlik problemləri yaşamağa başladı.

Son xəbərlər
Digər xəbərlər