Həftənin ikinci iş günü Asiyada bitkoin (bitcoin) qısa müddətə 21 000 dollardan aşağı düşdü və investorların riskli aktivlərini satması səbəbindən bir qədər gerilədi və enişini davam etdirdi.
Coinbase məlumatlarına görə, dünyanın ən böyük kriptovalyutası son 24 saatda təxminən 14%, ethereum isə eyni dövrdə 12%-dən çox dəyər itirib.
Bu gün Asiyada bitkoin təxminən 21 800 dollar səviyyəsində idi.
Əslində bazarda cari durumda hər şeyin qiyməti ucuzlaşır, istər səhmlər, istər kriptoaktivləri və s. Bazarda qorxu, qeyri-müəyyənlik və şübhə investorları çəkindirir.
Kriptovalyutaların son müddətdə korrelyasiya etdiyi NASDAQ indeksi 5% satışla üz-üzə qaldı.
Ucuzlaşmanı tətikləyən digər amil də var: “Celsius” və “Binance” kimi ticarət platformaları geri çəkilməni dayandırdığı və bəzi şirkətlər iş yerlərini ixtisar etdiyi üçün bazar ertəsi kriptoaktivləri darmadağın edib.
Kriptovalyutaların maliyyələşməsini həyata keçirən “Celsius” hesablar arasında pul çıxarılması, dəyişdirmə və köçürmələrin “ekstremal bazar şərtləri” səbəbindən dayandırılacağını və bu hərəkətin “likvidliyi və əməliyyatları sabitləşdirmək” üçün olduğunu söylədi. Yəni, kəskin satışları məhdudlaşdırmaq üçün bu hərəkətə əl atır.
“Biz bu gün “Celsius”u zamanla geri çəkilmə öhdəliklərini yerinə yetirmək üçün daha yaxşı bir vəziyyətə gətirmək üçün bu addımı atırıq”- deyə, dünən şirkət açıqladı.
Bu arada, dünyanın ən böyük alqı-satqısını təmin edən kriptovalyuta birjası “Binance” əməliyyat xətası səbəbi ilə Bitcoin çəkişlərini müvəqqəti olaraq dayandırıb. Baş icraçı direktor Changpeng Zhao, bir əməliyyat səhvi üzündən Bitcoin çəkilişinin dayandırıldığını və problemin 30 dəqiqə içində həll ediləcəyini gözlədiklərini açıqlayıb.
“CoinMarketCap” məlumatlarına görə, kriptovalyutaların bazar kapitallaşması 2021-ci ilin fevralından bəri ilk dəfə bazar ertəsi günü 1 trilyon dollardan aşağı düşüb. Son günlər bazardan təxminən 200 milyard dollar havaya sovrulub.