Kripto sənayedə fəaliyyətdə olan iş adamı Eralp Hatıpoğlu Azərbaycanda da biznes qolunu yaradır.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
“Citypay.io” fintexi Azərbaycanda “City Pay” MMC kimi fəaliyyət göstərəcək. Şirkətin Bakıdakı törəməsinə Eralp Hatıpoğlu rəhbərlik edəcək.
“CityPay.io”in rəsmi səhifəsindəki qeydə görə, dünyanın aparıcı stabilkoini olan Tether ilə tərəfdaşlıq edir. Yeni cüzdan funksiyalarını inkişaf etdirmək və Şərqi Avropa və Asiyada fəaliyyət fəaliyyəti hədəfləyir.
Xatırladaq ki, bu bazarda Mərkəzi Bank xüsusi tənzimləmə rejimi tətbiq edir. Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanır.
2024-cü ilin noyabrında AMB dörd innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirilmə imkanı qazanıb. Bu məhsulların məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.
- “PASHAPAY” MMC şirkətinin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr” məhsulu
- “UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” ASC
- şirkətinin təqdim etdiyi “Kriptobroker” məhsulu
- “SVORT” MMC şirkətinin təqdim etdiyi
- “Kripto platforma” məhsulu
- “MOBILE PAYMENT SOLUTIONS” MMC şirkətinin
- təqdim etdiyi “PortCoin kriptovalyutası” məhsulu