Mərkəzləşdirilməmiş maliyyə platformalarının (DeFi) artması sayəsində kriptofırıldaqçılar 2021-ci ildə rekord məbləğdə 14 mlrd. ABŞ dollar kriptovalyuta mənimsəyiblər.
Bu barədə Amerikanın “Chainalysis” şirkətindən bir qrup analitikləri bəyan ediblər.
Analitiklərin fikrincə, rəqəmsal valyuta ilə bağlı cinayətlərdən itkilər 2020-ci illə müqayisədə ötən il 79% artıb. Eyni zamanda, kriptovalyuta sahəsində ən çox cinayətlər fırıldaqçılıq, ardınca oğurluq olub və onların əksəriyyəti blokçeyn layihələrinin sındırılması nəticəsində baş verib.
“Chainalysis”in statistikasına görə, DeFi əməliyyatlarının həcmi 2021-ci ildə 912% artıb. Eyni zamanda kriptovalyutanın oğurlanması 516% artaraq 3,2 mlrd. dollar təşkil edib. Bunun cəmindən oğurlanan vəsaitin 72%-i DeFi protokollarından götürülüb.
Böyümə səbəblərindən biri “mem” kriptovalyutalarının (Dogecoin, shiba inu) kəskin populyarlığı olub. DeFi mexanizmlərinə edilən bütün uğurlu kiberhücumların beşdə biri yeni kriptovalyutaların protokollarındakı boşluqlardan istifadə edilib.