6 C
Baku
Tuesday, February 27, 2024

Kriptoinvestorlar haker hücumları səbəbindən 2022-ci ildə $4 mlrd. itiriblər

2022-ci ildə hakerlər “hack” edilmiş kriptobirjalardan rekord məbləğ – 3.8 milyard dollar oğurlayıblar. Xatırladaq ki, 2021-ci ildə bu rəqəm 3.3 milyard dollar olub. Vəsaitin böyük hissəsi oktyabrda oğurlanıb, belə ki, 32 hücum nəticəsində hakerlər 775.7 milyon dollar ələ keçiriblər.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

2022-ci ildə ən çox hücum Şimali Koreya ilə əlaqəsi olan hakerlər, o cümlədən “Lazarus Group” tərəfindən həyata keçirilib. Onlar təxminən 1.7 milyard dollar oğurlayıblar. Müqayisə üçün qeyd edək ki, analitiklər 2020-ci ildə KXDR-in ümumi ixracını 142 milyon dollar olaraq qiymətləndiriblər.

Hesabata görə, hücumların böyük payı mərkəzləşdirilməmiş maliyyə protokolları (DeFi) üzərinə düşür. Onlar vasitəsilə təxminən 3.1 milyard dollar oğurlanıb. DeFi-nin üstünlüklərindən biri şəffaflıqdır. Lakin eyni şəffaflıq DeFi protokolunu həssas edir, çünki hakerlər kodu skan edə və zəifliklərlə hücum edə bilərlər.

“Forbes” 2022-ci ilin dekabrında hesablamışdı ki, 9 ay ərzində ən varlı kriptosahibkarlar şəxsi sərvətlərinin təxminən 116 milyard dollarını itiriblər. 17 ən varlı kriptovalyuta investorundan 15-i sərvətlərinin yarısından çoxunu itirib.

Son xəbərlər
Digər xəbərlər