Kriptolayihələr 2026-cı ildə haker hücumları nəticəsində 1 mlrd. dollardan çox vəsait itirib

2026-cı ilin birinci yarısında kriptolayihələr təsdiqlənmiş 212 haker hücumu nəticəsində 1,1 milyard dollar itirib. Blockaid-in hesabatında bildirilir ki, bu göstərici 2025-ci il ərzində qeydə alınan oxşar insidentlərin ümumi sayından çoxdur.

Şirkətin hesablamalarına görə, oğurlanmış vəsaitlərin ən böyük hissəsi KXDR-lə əlaqəli hakerlərin payına düşüb. Onların Drift layihəsindən 285 milyon dollar, KelpDAO-dan isə 292 milyon dollar oğurladıqları bildirilir.

Ən böyük itkilər Ethereum şəbəkəsindəki layihələrdə — 332 milyon dollar, Solana şəbəkəsindəki layihələrdə isə 326 milyon dollar təşkil edib. Blockaid ilin ikinci yarısında süni intellekt agentləri ilə əlaqəli hücumların sayının artacağını da gözləyir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər