10 C
Baku
Wednesday, November 27, 2024

Kriptomanat, yoxsa oflayn manat?

Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirdi ki, requlyatorun özünün rəqəmsal valyutasının yaradılması layihəsi üzərində işlər gedir.

Baş bankir bildirib ki, hazırda rəqəmsal valyutanın mövcud bank sektoruna ciddi təsirləri araşdırılır:

“Biz bu istiqamətdə bir sıra ölkələrlə, onların Mərkəzi Bankları ilə əməkdaşlıq qurmuşuq. Bununla bağlı bir layihə mövcuddur. Biz hiss edirik ki, bu perspektivli istiqamətdir. Hər keçən gün daha çox sayda Mərkəzi Banklar bu istiqamətdə çalışırlar. Bəziləri isə öz konsepsiyalarını yaradıblar. Biz də ilkin addımda bu konsepsiyanı yaratmaq fikrindəyik. Bu, növbəti illərdə planlaşdırdığımız mühüm layihələrdən biridir”.

Bununla bağlı şərh verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bütün bunlar cəmiyyətin rəqəmsal transformasiyası baxımından, rəqəmsal bankçılığın inkişafı baxımından , maliyyə-bank sektorunda mühafizəkarlığıln aradan qaldırılması və daha çevik və effektiv maliyyə-bank siyasətinin qurulması baxımından müsbət addımlardır.

“Dünayda bu sektorda baş verənlərdən kənarda qalmaq doğru olmazdı.

Eyni zamanda Mərkəzi Bankın yadına salmaq istərdim ki, dünən də efirdən səsləndirdiyim kimi, 8 ildir ki , “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsini müzakirəyə çixarda bilməyib.

Bu isə mövcud maliyyə-bank sektorunda rəqabətli mühitin inkişafının qarşısnı alır, inhisarçılığıa şərait yaradır, rəqəmsal bankçılığın inkişafına mane olur”.

O.Gündüz, eyni zamanda bank sektorunda onlayn dələduzluğun qarşısının alınması istiqamətində maliyyə-bank sektorunun apardığı işləri də heç bir halda yetərli hesab etmir.

“Banklar kart məlumatlarının oğurluğu, kart dələduzluğu ilə bağlı bütün məsuliyyəti rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşın üzərinə atmalı deyillər.

Yeri gəlmişkən, ötən il “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da başa çatdı . Amma bu Proqram çərçivəsində hazırlanması nəzərdə tutulan həmin qanun layihəsi yenə də ortaya çıxarılmadı.

Düşünürəm ki, rəqəmsal milli valyutaya xüsusi diqqət yetirilməsi nə qədər təqdirəlayiq olsa da, yaxşı olar ki, AMB yuxarıda qeyd olunan problemlərin həllinə də diqqət yetirsin”.

Son xəbərlər
Digər xəbərlər