9 C
Baku
Thursday, December 12, 2024

Kriptovalyuta bazarı kapitallaşmaya görə “Google”u geridə qoyub

Qlobal kriptovalyuta bazarı ilk dəfə olaraq kapitallaşma səviyyəsinə görə “Google”un ana şirkəti “Alphabet”i geridə qoyub.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbr verir.

Belə ki, “Coinmarketcap” portalının məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da kriptovalyuta bazarının kapitallaşması 1.41 trilyon dollara çatıb. NASDAQ birjasında “Alphabet”in kapitallaşması eyni vaxtda 1.4 trilyon dollar təşkil edib.

Yanvarın 6-da kriptovalyuta bazarının kapitallaşması ilk dəfə olaraq 1 trilyon dollar həddini keçib. Eyni zamanda, “bitcoin”in dəyəri 45 600 dollara çatıb.

Fevralın 9-da “bitcoin” rekord 48 000 dollar səviyyəsinə çatıb. Bu, “Tesla”nın rəhbəri İlon Mask kriptovalyutaya 1.5 milyard dollar sərmayə qoyduğunu açıqlayandan sonra baş verib.

Son xəbərlər
Digər xəbərlər