15 C
Baku
Saturday, April 20, 2024

Kriptovalyuta bazarında xaos başlayıb

Banker.az xəbər verir ki, hazırda dünyanın ən populyar kriptovalyutası olan Bitcoinin məzənnəsi 8 noyabrda tarixi maksimuma çatdıqdan sonra 29% enib.

8 noyabr tarixində Bitcoin rəqəmsal valyutasının dəyəri 7882 dollar olduğu halda, 13 noyabrda 1 kriptoqəpiyə görə 6414 dollar təklif olunurdu. 12 noyabr tarixində sözügedən rəqəmsal valyutanın məzənnəsi 1 Bitcoinə görə 5617 dollara qədər enmişdi.

Çində ICO həyata keçirilməsinin və kriptovalyuta birjalarının qadağan olunması fonunda sentyabr ayında Bitcoin məzənnəsi enirdi. Minimum göstərici 15 sentyabr tarixində – 1 qəpiyə görə 3100 dollar olduğu zaman qeydə alındı. Bunun ardınca isə rəqəmsal valyutanın məzənnəsi demək olar ki, iki ay ərzində artmağa davam etdi.

Son xəbərlər
Digər xəbərlər