8 C
Baku
Friday, December 13, 2024

Kriptovalyuta bazarının həcmi bir saata 16 mlrd. dollar azalıb

Bu gün kriptovalyuta bazarında 1 saatlıq kəskin ucuzlaşma baş verib, bitkoin 4%, əksər rəqəmsal pullar (“Ethereum”, “Ripple”, “Bitcoin Cash”, EOS), təxminən, 10% dəyər itirib.

Son nəticədə bazarın həcmi 16 mlrd. ABŞ dolları azalaraq 223 mlrd. dollara düşüb.

100 ən böyük kriptovalyutadan yalnız 4-nün qiyməti artıb. Bunlar “Bitcoin Diamond” (+143%), MOAC (+1,52%), “Dropil” (+13%) və “TenX”dir (2,5%).

Baş verənlərin fonunda bitkoinin bazar payı 53%-dən 54,2%-ə yüksəlib. Kriptovalyuta ilə ticarətin gündəlik həcmi isə 2 mlrd. dollar artaraq 15 mlrd. dolları keçib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər