12 C
Baku
Wednesday, December 11, 2024

Kriptovalyuta bazarının kapitallaşması ilk dəfə 2 trln. dolları keçdi

Tarixdə ilk dəfə kriptovalyuta bazarının ümumi kapitallaşması 2 trilyon dolları keçib.

Bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bu, “Microsoft” şirkətinin kapitallaşmasından çoxdur. Xatırladaq ki, “Windows” əməliyyat sistemləri tədarükçüsünün kapitallaşması 1.88 trilyon dollardır.

Mütəxəssislərin bildirdiyi kimi, Bakı vaxtı ilə saat 21:35-də kriptovalyutaların bazar kapitallaşması 2.01 trilyon dollardan çox olub. Son bir gündə artım 2.7% təşkil edib.

Bütün kriptovalyutaların ümumi dəyərinin yarısı “Bitcoin”in payına düşür – 1.098 trilyon dollar. İkinci yerdə “Etherium” (241.7 milyard dollar), üçüncü yerdə isə “Binance Coin” (57.22 milyard dollar) dayanır.

Kriptovalyuta bazarının kapitallaşması yanvarın 7-də 1 trilyon dolları keçmişdir. Yəni bu rəqəm cəmi üç ayda iki dəfə artıb.

Fevral ayında bütün kriptovalyutaların maliyyə kapitallaşması baxımından “Google”un ana şirkəti “Alphabet”i keçmişdir. Hal-hazırda korporasiyanın dəyəri təxminən 1.5 trilyon dollardır.

Son xəbərlər
Digər xəbərlər