9 C
Baku
Friday, December 13, 2024

Kriptovalyuta bazarının ümumi kapitallaşması ilk dəfə 1 trln. dolları keçib

“CoinGecko” portalının məlumatına görə, kriptovalyuta bazarının ümumi kapitallaşması 1 trilyon dolları keçib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qrafikə baxdıqda, kriptovalyutaların təxmin edilən dəyəri Bakı vaxtı ilə saat 4:00-də aşdığını görmək mümkündür. Statistikaya əsasən, yanvarın 7-də Bakı vaxtı ilə saat 14:00-də kriptovalyutaların bazar kapitallaşması 8% artaraq 1.027 trilyon dollara çatıb.

Bildirildiyi kimi, ümumi kriptovalyutaların kapitallaşmasının üçdə iksini (67.7%) “Bitcoin”, 13.4%-ni isə “Ethereum” tutur. Hal-hazırda “Bitcoin”in qiyməti 37 min dolları keçib.

Ümumilikdə, 2020-ci ildə kriptovalyuta bazarının kapitallaşması beş dəfə artıb, bu barədə “CoinGecko”ya istinadən “Bloomberg” yazıb.

Son xəbərlər
Digər xəbərlər