21 C
Baku
Wednesday, May 1, 2024

Kriptovalyuta birjasının təsisçisini 115 il həbs gözləyir

ABŞ-da məhkəmə FTX kriptovalyuta birjasının yaradıcısı Sem Bankman-Fridi fırıldaqçılıq və sui-qəsddə təqsirli bilib.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

FTX 2022-ci ilin noyabr ayının əvvəlində iflas üçün müraciət etdiyini, Bankman-Fridin də şirkətin rəhbəri vəzifəsindən istefa verdiyini elan edib.

Bununla belə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası həmin ilin dekabrında şirkəti fırıldaqçılıqda şübhələndirmişdi.

İttihama görə, kriptovalyuta birjası investorlardan 1,8 milyard dollar alıb və bu, planlaşdırıldığı kimi xərcləmək əvəzinə, Bankman-Fried-in şəxsi fonduna köçürülüb.

İndi onun günahı sübuta yetirildikdən sonra Bankman-Fredi 115 ilə qədər həbs gözləyir. Bundan əvvəl məhkəmə FTX kriptovalyuta birjasının təsisçisi, Bruklin İstintaq Təcridxanasında cəza çəkən Bankmen-Fridi həbsxanaya göndərib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər