İspaniyanın “Valensiya” klubu “Chiliz” kriptovalyutası ilə anlaşma imzalayıb.
Bunu La Liqa təmsilçisi açıqlayıb.
“Chiliz” yeni mövsümdə klubun titul sponsoru olacaq. Bu şirkət azarkeşlər üçün jetonların yaradıcısıdır və “Socios.com” platformasına sahibdir.
“Valensiya” və “Chiliz” bu platforma vasitəsilə “VCF” fan tokenini istifadəyə verəcək. Bununla da La Liqa təmsilçisi geyiminin üzərində reklam edən ilk klub olacaq.