9 C
Baku
Friday, December 13, 2024

Kriptovalyuta şirkətləri böyük itkilərlə Çini tərk edir

Çinin kriptovalyuta bazarına qarşı sərt məhdudiyyətlər tətbiq etməsi səbəbindən getdikcə daha çox şirkət ölkəni tərk edir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Xatırladaq ki, iyun ayında Çin Xalq Bankı bütün banklardan və ödəniş operatorlarından kriptovalyuta aktivlərinin yerləşdirilməsi risklərini məhdudlaşdıran tələblərə ciddi riayət etmələrini istəyib. Bundan əlavə, mayninq fermerlərinin yerləşdiyi Sicuan əyalətinin səlahiyyətləri onlara elektrik enerjidən istifadə etməyi qadağan edib.

Amerika maynerləri əsasən ABŞ və Kanadaya köçürlər. Bəziləri Qazaxıstan və Rusiyanı nəzərdən keçirirlər. Xüsusilə, ABŞ-a daşınmanın baha başa gəlməsi səbəbindən.

ÇXR-in siyasətini sərtləşdirməsi fonunda bitkoin qısamüddətli düşmə ilə reaksiya verib. Lakin bu gün kriptovalyutanın dəyəri yenidən 50 min dolları keçir.

Son xəbərlər
Digər xəbərlər