26 C
Baku
Saturday, June 28, 2025

Kriptovalyuta xidmətlərindən 2 milyard dollar oğurlanıb

2025-ci ilin birinci yarısında azı 75 müxtəlif haker hücumu nəticəsində 2.1 milyard dollardan çox vəsait oğurlanıb.

Bu, 2022-ci ilin birinci yarısında qeydə alınmış öncəki rekorddan 10% çoxdur və demək olar ki, bütün 2024-cü il üçün oğurlanmış vəsaitlərin ümumi məbləğinə bərabərdir.

Kibercinayətkarlıq üzrə ixtisaslaşmış “TRM Labs” blokçeyn analitik şirkətinin hesabatına əsasən, bu məlumatlar rəqəmsal aktivlər sahəsində təhdidlərin artan konsentrasiyasını vurğulayır. Mütəxəssislər, həmçinin getdikcə daha strateji və geosiyasi motivlərə malik olan hakerlərin xarakterində keyfiyyət dəyişikliyinə diqqət çəkiblər.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər