12 C
Baku
Wednesday, December 11, 2024

Kriptovalyutalar yenidən bahalaşır – Bitcoin-in yeni hədəfi varmı?

Bitcoin və digər kriptovalyutalar bazar ertəsi günü bahalaşıb. Banker.az xəbər verir ki, kriptovalyuta sektoru faiz dərəcələrinin azaldılması ilə bağlı inamı artırmaqdan faydalana bilər, lakin analitiklər Bitcoin-in hələ də enişlərə həssas olması barədə xəbərdarlıq edir.

Bitcoin son 24 saat ərzində 2.4% artaraq $65 185-ə çatıb və ən böyük kriptovalyuta təxminən iki həftə ərzində ən yüksək səviyyədə qalıb. Keçən həftə gözləniləndən daha zəif iş yerləri hesabatı Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin endirilməsi perspektivlərini artırıb. Bitcoin kimi riskli aktivlər daha aşağı faiz dərəcəsi mühitində daha cəlbedici olurlar.

Bitcoin yeni spot Bitcoin birja fondlarından (ETF) marağın artması fonunda mart ayının ortalarında $74 000-ə yaxın rekord həddə çatdı, lakin o vaxtdan bəri onun qiyməti aşağı düşüb.

Analitiklər Bitcoin-in qiymətlər $72 000 səviyyəsini keçənə qədər, hələ də mart ayından bəri inkişaf edən korreksiya prosesində olduğunu qeyd edirlər. Texniki analiz üzrə hazırda ilkin dəstək $62 000 səviyyəsində qiymətləndirilir. Analitiklər Bitcoin-in yalnız $59 000 düşdüyü halda “böyük korreksiya” haqqında düşündüklərini bildirirlər. Bununla belə, “eToro”dan Xavier Molina Barrons-a bildirib ki, Bitcoin $68 500 müqavimət səviyyəsini keçərsə $72 000 səviyyəsinə sürətlə çata bilər.

Bitcoin-dən başqa, ikinci ən böyük kriptovalyuta olan Ether 1.9% artaraq $3 202 olub. Kiçik kriptovalyutalar da – Cardano 3%, Polygon 6.3%, Dogecoin 4% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər