10 C
Baku
Saturday, November 23, 2024

Kriptovalyutalar yenidən yüksəlməyə başlayacaq

“Galaxy Digital Holdings Ltd.”nin milyarder qurucusu Mike Novogratz kriptovalyutalarla bağlı proqnoz verib.

Novogratz agentliyinin əməkdaşı Haslinda Aminə Sinqapurda keçirilən konfransda verdiyi müsahibədə bu barədə danışıb.

“ Federal Ehtiyat Sistemi (FED) mövcud aqressiv monetary siyasətindən vaz keçtiyi andan etibarən kriptovalyutaların qiyməti yenidən artmağa başlayacaq”, – deyə Novogratz bildirib. Milyarder, “2022-ci ildə kriptovalyuta bazarındakı çöküşün bir çox hedge fondu batıracağını, şirkətinin yeni işçi alınmasında ehtiyatlı davranacağını, De Kwonun yarattığı Terraform layihəsinin iflas etməsinin kriptosənayeyə böyük dərs olduğunu” sözlərinə əlavə edib.

Qeyd edək ki, De Kwon Terra ekosisteminin çökməsi səbəbilə İnterpol tərəfindən axtarışa verilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər