26 C
Baku
Saturday, July 27, 2024

Kriptovalyutaların kapitallaşması bir gündə $300 mlrd. azalıb

Sentyabrın 8-i kriptovalyuta bazarının kapitallaşması 2.1 trilyon dollara düşüb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Hesablamalara görə, bir sutkada azalma 300 milyard dollar və ya 14% təşkil edib. “CoinGecko” portalının vurğuladığı kimi, bitkoinin bazardakı payı 40.6% olaraq qiymətləndirilir.

Dünən bitkoinin dəyəri saat yarımda demək olar ki, 8.5 min dollar azalaraq avqustun ortalarından bəri ilk dəfə 43 min dollardan aşağı səviyyəyə düşüb. Hal-hazırda kriptovalyutanın qiyməti 45 min dollar təşkil edir.

Kapitallaşma baxımından ən böyük altkoinlər son 24 saatda 14%-dən 30%-ə qədər ucuzlaşıb. Məsələn, “Ethereum”un qiyməti 14% düşərək 3.3 min dollar təşkil edir. “Cardano” 15% (2.38 min dollar), “Binance Coin” isə 19% (402 dollar) ucuzlaşıb.

Dünən Salvadorda bitkoin rəsmi olaraq ödəniş vasitəsi kimi tanınıb. Ölkə səlahiyyətliləri 400 bitkoinin alınması barədə məlumat yayıb. İndi Salvadorda qiymətlər həm kriptovalyuta, həm də ABŞ dolları ilə ifadə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər