10 C
Baku
Saturday, November 23, 2024

Kriptovalyutaların qiyməti üzü aşağı gedir

Əsas kriptovalyutalar bazar ertəsi, sentyabrın 19-da itkilərini artırıb.

Banker.az xəbər verir ki, qlobal bazarlarda əsasən mənfi – ayı bazarı tendensiyası fonunda bitkoin (Bitcoin) $19 000-dən, Ethereum isə $1 400-dən aşağı düşüb. Enişlərə səbəb ABŞ FED-nin bu həftə uçot faiz dərəcəsini minimum 75 baza bəndi artıracağı ilə əlaqəlidir.

Qlobal kriptovalyuta bazarının həcmi son 24 saat ərzində $65.56 milyard azalmaqla $933.26 milyard təşkil edib.

Dünyanın ən böyük və ən populyar virtual valyutası bitkoin 5.4 faiz ucuzlaşaraq $18 934.8-ə düşüb. Onun bazar dəyəri $373 milyard təşkil edib. Ticarət həcmi $31.6 milyard dollar olub. Bununla da rəqəmsal pul son yeddi gündə 11.5 faiz ucuzlaşıb.

İkinci ən böyük virtual valyuta olan Ethererum və ya Ether, bazar kapitalizasiyası $164.2 milyard olmaqla 10 faiz azalaraq $1 307.2-ə düşüb. Ethereum-un ticarət həcmi son 24 saat ərzində $16.3 milyard təşkil edib. Eter son yeddi gündə 23.7 faiz ucuzlaşıb.

Meme* (mem) əsaslı virtual valyuta Dogecoin $7.7 milyardlıq bazar kapitallaşması ilə 8.3 faiz aşağı düşüb. Şiba İnu 9.7 faiz, Solana isə 8.3 faiz ucuzlaşaraq $30.8 milyarda enib

*Mem (ing. meme, ru. мем) -bir nəsildən başqa nəsilə genetik olaraq deyil, imitasiya, öyrətmə yoluyla ötürülən mədəni informasiya.

Son xəbərlər
Digər xəbərlər